Rusiya prezidenti seçkiləri günü Bakıda seçki məntəqəsi fəaliyyətdə olacaq


Digərləri 07 Fev 2018 23:18:00 285 0

Rusiya prezidenti seçkiləri günü Bakıda seçki məntəqəsi fəaliyyətdə olacaq

Azərbaycanda daimi yaşayan və yaxud müvəqqəti olaraq ölkədə olan Rusiya vətəndaşları martın 18-i keçiriləcək Rusiya prezidenti seçkilrində iştirak edə biləcəklər.

Son.az bildirir ki, bu barədə Trend Rusiyanın Azərbaycanda səfirliyinin saytına istinadən məlumat verir.

Qeyd olunur ki, səsvermə Bakı şəhəri, Bakixanov küçəsi 17 ünvanında (Səfirliyin konsulluq şöbəsinin binası) yerləşən 8017 saylı seçki məntəqəsində keçiriləcək.