Firon xanımlarının gəncliyi qorumaq üçün istifadə etdikləri vasitə


Digərləri 07 Fev 2018 22:34:00 351 0

Firon xanımlarının gəncliyi qorumaq üçün istifadə etdikləri vasitə

Arı yuvasında mum güvəsi adlanan böyük və kiçik həşərat yaşayır. Arı üçün zərərverici olan həmin həşərat qiymətli xammal, müalicəvi, həm də eksklüziv arı məhsuludur. Yüz ildən artıqdır ki, mum güvəsinin ekstraktı hazırlanaraq müalicəvi bioloji aktiv maddə kimi istifadə edilir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, mum güvəsi yeganə həşəratdır ki, onun süfrələri yalnız mum və digər arı məhsulları ilə qidalanır. Qədim Misirdə fironların xanımları mum güvəsinin süfrələrindən hazırlanmış maddələrdən öz gözəlliklərini qorumaq və uzun müddət cavan qalmaq üçün istifadə edirdilər.

Mum güvəsinin ekstraktı orqanizmdə bir çox bərpa proseslərini gücləndirir. Onun preparatları qadınlarda hamilə qalmaq, kişilərdə spermatozoidlərin say və hərəkətliyini artırmaq üçün istifadə olunur. Bir sıra xəstəliklər, xüsusən də öd yollarının infeksiyaları zamanı iltihab əleyhinə güclü təsir göstərir.