Azərbaycanlı alim nərdin yeni növünü yaratdı VİDEO


Digərləri 07 Fev 2018 21:36:00 330 0

Azərbaycanlı alim nərdin yeni növünü yaratdı  VİDEO

Beş min illik tarixə malik nərddən bu günə qədər 100-ə yaxın oyun törəyib. Bu oyunlardan birini də azərbaycanlı alim Rəsul Əhmədov təkmilləşdirib. O, bu yeniliyinə görə patent də alıb.

Son.az bildirir ki, Rəsul Əhmədovun hazırladığı nərd adi qaydada oynanılan nərd oyunlarından xeyli fərqlənir. Burda saylar və xanalar çox olduğundan gediş kombinasiyaları da artır.

Rəsul Əhmədovun nərd oyunu qeyri-adi olması ilə yanaşı, oyun zamanı oyunçuları daha çox düşünməyə vadar etməsi ilə də fərqlənir. Burda qaydalar fərqli olduğundan uduzmaqda olan oyunçu son anda qalib də gələ bilər. Artıq bu oyunun rəsmi qaydada patenti alınıb.

Rəsul Əhmədov bundan əlavə bir neçə oyun da hazırlayıb. Onun uşaqlar üçün ərsəyə gətirdiyi intellektual oyunu bacarmaq üçün isə sadəcə 4-ə qədər saya bilmək kifayətdir.