Mətbəx mebelləri alarkən diqqətli olun VİDEO


Digərləri 07 Fev 2018 21:24:00 246 0

Mətbəx mebelləri alarkən diqqətli olun  VİDEO

Satışda keyfiyyətsiz, ucuz materiallardan hazırlanan mətbəx mebelləri var. Odur ki, mətbəxə mebel alarkən diqqətli olun.

Mətbəx mebeli seçərkən qiymətə aldanmaq olmaz. Bir çox mebellər ucuz materiallardan hazırlanır və baha qiymətə satılır. Bunların keyfiyyətli olduğunu isə peşəkarlar ayıra bilir.

Əvvəllər satışda hazır mətbəx mebelləri olurdusa, hazırda əksər mağazalar sifariş əsasında işləyir. Şəxs, kataloqdan və ya əvvəlcədən qərar verdiyi modeli təqdim edir, daha sonra ustalar evin ölçüsünü götürürlər.

Son.az bildirir ki, sadə mətbəx mebeli 400 manata olduğu halda, ən dəbdəbəlisi 2 min manata yaxın başa gəlir. Qiymət isə mebelin keyfiyyətindən asılı olaraq müəyyənləşdirilir.