Usta təmir etdiyi maşınla radara düşdü Cəriməni kim ödəməlidir? VİDEO


Digərləri 07 Fev 2018 21:09:00 266 0

Usta təmir etdiyi maşınla radara düşdü  Cəriməni kim ödəməlidir?  VİDEO

Avtomobilini təmir məqsədi ilə ustaya verən şəxs cərimə edilib.

Son.az bildirir ki, hadisə paytaxt sakini Vüqar Babyevin başına gəlib. Sürücünün sözlərinə görə, avtomobilində yaranmış nasazlıqları aradan qaldırmaq üçün usta yanına gedib. Usta işinin çox olduğunu deyərək sürücüdən avtomobilini qoyub getməsini təklif edib.

Sürücü Vüqar Babayev araşdırma apardıqdan sonra müəyyən edib ki, avtomobil ustada təmirdə olan vaxt cərimə edilib. O, usta ilə tanış olduğu üçün məcbur qalıb cəriməni özü ödəyib.

Məsələ avtomobili ustaya təmirə verərkən bu cür hadisələrin baş verməməsini aktuallaşdırır.

Usta Sahil Ağabəyov deyir ki, belə olduqda sürücü ilə aralarında heç bir razılıq sənədi olmur. Usta təmir etdiyi avtomili öncə özü idarə edib, yoxlayır, daha sonra sahibinə təhvil verir.