Binədə qeyriqanuni ibadət yeri aşkarlandı


Digərləri 07 Fev 2018 18:45:00 266 0

Binədə qeyriqanuni ibadət yeri aşkarlandı

Binə qəsəbəsində qeyri-qanuni ibadət yeri aşkarlanıb.

Son.az xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, komitə, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və yerli icra hakimiyyəti orqanı əməkdaşlarının birgə iştirakı ilə dini qurumların fəaliyyət qaydasının pozulması haqqında daxil olan məlumatın yoxlanılması məqsədilə Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozunda yerləşən qeyri-qanuni ibadət yerinə baxış keçirilib.

Baxış əsnasında qanunazidd qaydada dini ayinlərin icrası, eləcə də "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununun müvafiq maddələrinin pozulduğu aşkar edilib.