Türkiyədə casus şəbəkəsi ifşa olundu


Dünya 07 Fev 2018 18:50:00 292 0

Türkiyədə casus şəbəkəsi ifşa olundu

Türkiyənin Suriya ilə sərhəddəki Şanlıurfa vilayətində Afrində terrorçulara məlumat ötürən casus şəbəkəsi ifşa olunub.

Son.az Trend-ə istinadən xəbər verir ki, həyata keçirilən əməliyyat nəticəsində 14 nəfər saxlanılıb.

Saxlanılan şəxslərin Afrində YPG terrorçuları ilə əlaqə yaratdığı və onlara Türkiyə Silahlı Qüvvələrinin hərəkəti barədə məlumatları ötürdüyü məlum olub. Saxlananların şəxsiyyəti barədə məlumat verilməyib.