Qida Təhlükəsizliyi Agentliyinin Aparatının strukturu təsdiq olunub


Digərləri 07 Fev 2018 18:31:00 217 0

Qida Təhlükəsizliyi Agentliyinin Aparatının strukturu təsdiq olunub

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Aparatının strukturu təsdiq olunub.

Bakı. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Aparatının strukturu təsdiq olunub. Agentlikdən Trend-ə verilən məlumata görə, regional bölmələrin, o cümlədən Bakı şəhərinin strukturu, Qida Təhlükəsizliyi İnstitutunun Nizamnaməsi təsdiq olunma mərhələsindədir. Azərbaycan Prezidentinin müvafiq fərman və sərəncamlarına uyğun olaraq, hazırda Qida Təhlükəsizliyi Agentliyinin regional bölmələrinin struktur və maddi-texniki bazasının formalaşdırılması, laboratoriyaların təhvil-təslim işləri həyata keçirilir. Agentliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq Təftiş və dövlət nəzarəti şöbəsi, Risklərin idarə olunması şöbəsi, Sertifikatlaşdırma və qeydiyyat şöbəsi, İnsan resursları şöbəsi, Kommunikasiya və informasiya texnologiyları şöbəsi, Maliyyə və təsərrüfat şöbəsi, Hüquq şöbəsi fəaliyyət göstərəcək.