Azərbaycanda mənzillərin əvəzləşdirilməsinə yol verilən halları Nazirlər Kabineti müəyyən edəcək


Siyasət 07 Fev 2018 18:14:00 311 0

Azərbaycanda mənzillərin əvəzləşdirilməsinə yol verilən halları Nazirlər Kabineti müəyyən edəcək

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 noyabr tarixli 1113 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası"nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, fərmanda deyilir:

Qaydanın 2.4-cü bəndində "Agentlik" sözü "Azərbaycan Respublikasının Nazirlər Kabineti" sözləri ilə əvəz edilir:

"2.4. Mənzillərin əvəzləşdirilməsi onun sahibinin birbaşa cəmiyyətə əsaslandırılmış yazılı müraciəti ilə həyata keçirilir və bu məsələyə növbədənkənar olaraq, "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada baxılır. Mənzillərin əvəzləşdirilməsinə yol verilən halları Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir".