"Forbes" ən zəngin kriptovalyuta milyarderlərinin adlarını açıqladı


Dünya 07 Fev 2018 18:18:00 292 0

"Forbes" ən zəngin kriptovalyuta milyarderlərinin adlarını açıqladı

"Ripple" rəqəmsal valyuta servisinin keçmiş baş direktoru Kris Larsen (Chris Larsen) kriptovalyuta əməliyyatlarında zənginləşən ən varlı iş adamı seçilib.

Son.az report-a istinadən xəbər verir ki, onun məcmu varidatının 7,5-8 mlrd. dollar olduğu hesab edilir.

İkinci sırada "Ethereum"un yaranmasına kömək edən Cozef Lavin (Jozef Lavin) 1-5 mlrd. dollar, üçüncü sırada isə 1,1-2 mlrd. dollar gəlir əldə edən "Binance" kriptovalyuta birjasının təsisçisi Çanpen Çjao qərarlaşıb.