Prezident Rəşad İsmayılovu bu ölkəyə səfir təyin etdi


Siyasət 07 Fev 2018 18:04:00 265 0

Prezident Rəşad İsmayılovu bu ölkəyə səfir təyin etdi

Prezident İlham Əliyev R.F.İsmayılovun Azərbaycan Respublikasının Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilməsi haqqında  sərəncam imzalayıb.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Rəşad Fail oğlu İsmayılov Azərbaycan Respublikasının Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilsin.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində