"Schalke" rəsmisi: "Bavariya"nı gözəl başa düşürəm"


İdman 07 Fev 2018 17:47:00 222 0

"Schalke" rəsmisi: "Bavariya"nı gözəl başa düşürəm"

"Schalke"nin idman direktoru Kristian Haydel mövsümün sonunda müqaviləsi başa çatacaq 23 yaşlı Leon Qoretzkanın "Bayern Munich"ə transferi barədə danışıb. Goal.az xəbər verir ki, Haydel bunları deyib:

"Bavariya"nı gözəl başa düşürəm. Düzdür, onlar Qoretzkanı ələ keçirdilər. Leon əla futbolçudur. Fikrimcə, gələcəkdə belə həmlələr artacaq. Almaniyada qalıb inkişaf etmək istəyən gənc futbolçular hara getsinlər ki? "Bayern"nin Qoretzkanı Bundesliqada saxladığı barədə heyrətamiz açıqlamaları oxudum. Münhen klubu Leonu transfer etdi ki, ona kömək etsin. Burda müzakirə olunası bir şey yoxdur"