Vyaçeslav Volodin: "Azərbaycan Rusiyanın mühüm strateji tərəfdaşıdır"


Siyasət 07 Fev 2018 17:14:35 298 0

Vyaçeslav Volodin: "Azərbaycan Rusiyanın mühüm strateji tərəfdaşıdır"

Rusiya Dövlət Dumasının sədri: "Rusiya-Azərbaycan dialoqunun əsasında mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri dayanır"

Moskvada Azərbaycan və Rusiya parlament sədrləri - Oqtay Əsədov ilə Vyaçeslav Volodin arasında görüş olub.

"Report"un Rusiya bürosunun məlumatına görə, görüşdə tərəflər Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətləri, eləcə də parlamentlərarası əlaqələrin inkişafı məsələlərini müzakirə ediblər.

V.Volodin Azərbaycanı Rusiyanın mühüm strateji tərəfdaşı adlandırıb: "Bu görüş iki ölkə arasındakı münasibətlərə yeni təkan verəcək. Rusiya-Azərbaycan dialoqunun əsasında mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri dayanır. Əməkdaşlığımız hər iki dövlətin maraqlarına cavab verir".

Rusiya Dövlət Dumasının sədri dövlət başçıları səviyyəsində əlaqələrin ikitərəfli əməkdaşlığa töhfə verdiyini qeyd edib: "Prezidentlər arasındakı münasibətlər Azərbaycan və Rusiyanın uğurlu inkişafı üçün əsasdır".