Albaniyalı nazir: TAP intensiv reallaşdırma mərhələsindədir


Digərləri 07 Fev 2018 17:05:00 284 0

Albaniyalı nazir: TAP intensiv reallaşdırma mərhələsindədir

Azərbaycan qazının Avropaya nəqli üçün nəzərdə tutulan Transadriatik boru kəmərinin (TAP) tikintisi intensiv reallaşdırma mərhələsindədir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Albaniyanın infrastruktur və energetika naziri Damian Giknuri deyib.

Nazir qeyd edib ki, Albaniya hökuməti ölkənin enerji xəritəsini dəyişəcək bu vacib layihənin reallaşdırılmasının sürətlənməsi üçün lazımi addımlar atır.