İdarəetməni itirən sürücü avtomobili ağaca çırpdı Vəziyyəti ağırdır VİDEO FOTO


Digərləri 07 Fev 2018 16:53:00 333 0

İdarəetməni itirən sürücü avtomobili ağaca çırpdı  Vəziyyəti ağırdır  VİDEO  FOTO

Qaraməryəm-İsmayıllı-Şəki yolunun 147-ci kilometirliyində, Şəki rayonu ərazisində qəza baş verib.

Mili.Az ARB TV-yə istinadla xəbər verir ki, "VAZ 2107" markalı avtomobilin sürücüsü Köbər Zəyzid kənd sakini Tamerlan Sofibəyov idarəetməni itirərək nəqliyyat vasitəsini ağaca çırpıb.

Qəza nəticəsində avtomobil deformasiyaya uğrayıb. Sürücünü avtomobildən çıxarmaq üçün hadisə yerinə FHN xüsusi xilasetmə qrupu, təcili tibbi yardım briqadası və polis əməkdasları gəlib. Xəstə dərhal Şəki mərkəzi rayon xəstəxansına çatdırılıb. Hazırda Tamerlan Sofibəyovun vəziyyəti ağır olaraq qalmaqdadır.

Bütün faktlar araşdırılır.


Xəbərə aid fotolar