Türk tankçıları terrorçu kamikadzenin hücumunu dəf etdi VİDEO


Dünya 07 Fev 2018 16:56:00 308 0

Türk tankçıları terrorçu kamikadzenin hücumunu dəf etdi  VİDEO

Afrində aparılan əməliyyatda Türkiyə Silahlı Qüvvələrinin tank ekipajı dəqiq zərbə ilə "Azad Suriya Ordusu" yaraqlılarının mövqeləri istiqamətində irəliləyən içi partlayıcı ilə dolu avtomobili sıradan çıxarıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, "Anadolu" agentliyinin ərazidə olan çəkiliş qrupu içində terrorçu-kamikadzenin olduğu avtomobilin məhv edildiyi anın görüntüsünü lentə alıb.     

Kadrlarda içi partlayıcı ilə dolu avtomobilin Afrinin qərbində Türkiyə ordusu və Azad Suriya Ordusu birləşmələrinin nəzarətinə keçmiş strateji yüksəkliklərə doğru irəlilədiyini görmək olur.

Avtomobil termal videokamera hesabına müəyyənləşdirilib. Terrorçu-kamikadzenin idarə etdiyi  avtomobil yaşayış məntəqəsindən uzaqlaşan kimi tankçılar sərrast atışla onu məhv edib.