Parlamentdə qalmaqal yaşandı


Digərləri 07 Fev 2018 15:51:00 305 0

Parlamentdə qalmaqal yaşandı

"20 Yanvar" Cəmiyyətinin sədri Sultan Əzimzadə ilə Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli arasında qalmaqal yaşanıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, belə ki, MM-in Əmək və sosial siyasət komitəsinin fevralın 7-də keçirilən iclasına dəvət edilən S. Əzimzadə H. Rəcəblini ona çıxış etməyə imkan verməməkdə  ittiham edib.

Buna cavabında isə H. Rəcəbli kimsəyə ayrıseçkilik qoyulmadığını bildirib və əlavə edib ki, əgər sözü, təklifi varsa çıxış etsin, ya da onları yazılı təqdim etsin.

Bununla qane olmayan S. Əzimzadə sonra müvafiq qanunlarda 20 Yanvar hadisələrində yaralananların, əlil olanların "zədə almışlar" kimi ehtiva olunmasını komitə sədrinə irad tutub.