Rusiya Dövlət Dumasının sədri Azərbaycana səfər edəcək


Siyasət 07 Fev 2018 16:00:00 268 0

Rusiya Dövlət Dumasının sədri Azərbaycana səfər edəcək

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Azərbaycana səfər edəcək.

Son.az Trend-ə isinadən xəbər verir ki, V.Volodin Azərbaycana aprelin 11-də keçiriləcək prezident seçkilərindən sonra gələcək.

O qeyd edib: "Biz parlament səviyyəsində kifayət qədər səmərəli işləyirik. Buna görə də Azərbaycana səfərim aprelində 11-dəki seçkilərdən sonra mütləq baş tutacaq".

Spikerin aparatından bildiriblər ki, Bakıya səfər rəsmi olacaq, dəqiq tarixi isə hələ müəyyənləşdirilməyib.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində