"Bayern Munich"in hücum xəttində itki


İdman 07 Fev 2018 15:49:00 320 0

"Bayern Munich"in hücum xəttində itki

"Bayern Munich"in Çempionlar Liqasının 1/8 final mərhələsində "Beşiktaş"la oyun ərəfəsində hücum potensialı zəifləyə bilər. Goal.az xəbər verir ki, Almaniya kubokunda "Paderborn"a qarşı matçda (6:0) Münhen klubunun hücumçusu Tomas Müller zədələnib. O, matçın 32-ci dəqiqəsində Korenten Tolisso ilə əvəzlənib. Komandanın baş məşqçisi Yupp Haynkes Müllerin omba nahiyəsndən zədə aldığını bildirib. Onun sözlərinə görə futbolçu oyunu davam etdirəcəyi halda tam gücünü ortaya qoya bilməyəcəkdi. Müllerin durumuna yaxın günlərdə keçiriləcək tibbi müayinədən sonra tam aydınlıq gələcək.