Rusiya Dövlət Dumasının sədri Azərbaycana səfər edəcək


Siyasət 07 Fev 2018 15:29:34 256 0

Rusiya Dövlət Dumasının sədri Azərbaycana səfər edəcək

Volodin: "Səfər Azərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkilərindən sonra baş tutacaq"

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin aprelin 11-də keçiriləcək prezident seçkilərindən sonra Azərbaycana səfər etməyi planlaşdırır.

"Report"un Rusiya bürosunun məlumatına görə, bu barədə V.Volodin Azərbaycan və Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunmuş sərgidə jurnalistlərə bildirib.

"Parlament çərçivəsində olduqca səmərəli işləyirik, buna görə də aprelin 11-də baş tutacaq seçkilərdən sonra, hardasa yarım il sonra mütləq Azərbaycana səfər edəcəyəm", - V.Volodin deyib.

Qeyd olunur ki, səfər rəsmi xarakter daşıyacaq.