"Qoca"nın qaçmasına kömək edən qadının həbs müddəti uzadıldı


Digərləri 07 Fev 2018 15:13:00 242 0

"Qoca"nın qaçmasına kömək edən qadının həbs müddəti uzadıldı

Bu gün Nəsimi Rayon Məhkəməsində Ağstafa rayonu ərazisində "Qoca" ləqəbli dustaq Etibar Məmmədovun həbsdən qaçmasına yardım etməkdə ittiham olunaraq saxlanılan Günay Atakişiyeva və taksi sürücüsü Məhəmməd Hacıyevin barəsində seçilən həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb.

Son.az report-a istinadən xəbər verir ki, hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, istintaq orqanının təqdimatı təmin edilib. Hər iki şəxsin həbs müddəti üç ay uzadılıb.

Xatırladaq ki, taksi xidməti göstərən M.Hacıyev G.Atakişiyeva ilə birlikdə məhbus Etibar Məmmədovun qaçmasına yardım göstərməkdə təqsirli bilinir. Onların hər ikisi Ağstafa rayon ərazisində həbs edilib, E.Məmmədov isə oradan qaçıb. M.Hacıyev və G.Atakişiyevanın barələrində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hər iki şəxs Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.