Almaniyanın yeni xarici işlər nazirinin adı açıqlanıb


Dünya 07 Fev 2018 14:35:04 240 0

Almaniyanın yeni xarici işlər nazirinin adı açıqlanıb

Avropa Parlamentin keçmiş sədri, Sosial-Demokratik Partiyasının sədri Martin Şults Almaniyanın xarici işlər naziri təyin ediləcək

Almaniyanın yeni xarici işlər nazirinin adı açıqlanıb.

"Report" “Bild” qəzetinə istinadən xəbər verir ki, Avropa Parlamentin keçmiş sədri, Sosial-Demokratik Partiyasının sədri Martin Şults Almaniyanın xarici işlər naziri təyin ediləcək. 

Qəzetin yazdığına görə, Xristian Demokratlar İttifaqı (XDİ) və Xristian Sosial İttifaqı (XSİ) ilə Sosial-Demokratik Partiyası arasında koalisiya hökumətinin qurulması ilə bağlı imzalanan müqavilə reallaşarsa, M.Şults XİN başçısı olacaq. 

Qeyd edək ki, Almaniyanın hazırkı XİN başçısı Ziqmar Qabrieli də Sosial-Demokratik Partiyasını təmsil edir.