Maykl Pens: "ABŞ KXDR-ə qarşı yeni sərt və aqressiv sanksiyalar paketi hazırlayır


Dünya 07 Fev 2018 15:03:32 277 0

Maykl Pens: "ABŞ KXDR-ə qarşı yeni sərt və aqressiv sanksiyalar paketi hazırlayır

"Onları nüvə silahlarının hazırlanması proqramlarından əl çəkənə qədər təcrid edəcəyik"

Vaşinqton KXDR-in raket-nüvə proqramına son qoyulması məqsədilə Pxenyana qarşı yeni sərt və aqressiv sanksiyalar paketi hazırlayır.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti Maykl Pens Yaponiya baş naziri Şindzo Abe ilə danışıqlardan sonra bildirib.

"ABŞ tezliklə KXDR-ə qarşı ən ağır və aqressiv iqtisadi sanksiyaları tətbiq edəcək. Onları nüvə silahlarının və ballistik raketlərin hazırlanması proqramlarından əl çəkənə qədər təcrid edəcəyik", - M.Pens vurğulayıb.