"Ağ Olimpiada" başlanır FOTO


Digərləri 07 Fev 2018 14:46:07 319 0

"Ağ Olimpiada" başlanır  FOTO

İki gündən sonra, fevralın 9-da Cənubi Koreyanın Phönçhan şəhərində  23-cü Qış Olimpiya və Paralimpiya Oyunları başlanacaq.

Son.az AsiaOne-a istinadən bildirir ki, fevralın 25-dək davam edəcək "Ağ Olimpiada"da 92 ölkənin idmançıları medallar uğunda yarışacaqlar.

Rusiya yığmasına Olimpiya Oyunlarına əlahiddə komanda və bayraqla təmsil olunmaq yasaqlandığından rusiyalı idmançılar 15 növdə "Rusiyadan Olimpiya atletləri" adlı komanda formasında mübarizə aparacaqlar.

Phönçhandakı Qış Olimpiya oyunlarının talismanı "Suhoran" adlı pələng balası, Paralimpiya Oyunlarının simvolu isə "Pandabi" adlı ayı balasıdır.

Azərbaycan 1996-cı ildən bəri qatıldığı Qış Olimpiya Oyunlarında bu dəfə, sadəcə, bir idmançı ilə təmsil olunacaq. Həmin idmançı daz xizəkçilik yarışlarında mübarizə aparacaq, əslən Avstriyadan ola Patrik Brahnerdir.