Azərbaycanda haram malları əhaliyə “halal qida” adı ilə satan ŞİRKƏTLƏR


Digərləri 07 Fev 2018 14:47:00 332 0

Azərbaycanda haram malları əhaliyə “halal qida” adı ilə satan ŞİRKƏTLƏR

Kolbasa və sosislərin halal olub-olmaması həmişə müzakirə edilib. Heç kimə sirr deyil ki, bu gün satılan kolbasa və sosislərin bir hissəsi əslində yalançı "Halal" sertifikatı ilə satılır.

Son.az xəbər verir ki, Azərbaycanda "Halal" sertifikatı almış müəssisələrin adları açıqlansa da, bu sənədi almayan bəzi şirkətlər də öz məhsullarını "Halal" yarlığı ilə təqdim edib, insanları aldadırlar. Belə qurumlar əvvəlcə akkreditasiyadan keçməlidir, ancaq Azərbaycanda akkreditasiyadan keçməyən və insanala saxta "halal qida" yedizdirən onlarla sahibkar fəaliyyət göstərir.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xiddmətinin rəhbəri  Fazil Talıblı modern.az-a bildirib ki, Azərbaycanda sertifikatlaşdırma fəaliyyətini akkreditasiya edilmiş qurumlar həyata keçirir: 

"Standartlaşdırma,Meterologiya və Patent üzrə Dövlət Komitəsi standartlaşdırmayla məşğul olmur. Azərbaycanda "halal qida" məhsullarının sertifikatlaşdırılmasını Akkreditasiya mərkəzində akkreditasiya olunan qurum - "AzeSERT Halal" MMC həyata keçrir".

Komitə rəsmisi bildirib ki, müəssisələrə sertifikatın verilib-verilməməsi auditin nəticəsindən asılıdır: 

""Halal qida" istehsal edən və bunu təsdiqləyən sənəd üçün sahibkarlar məhz həmin quruma müraciət etməklə öz müəəsisələrindəki mövcud vəziyyətli istehsal prosesini bu orqanın auditorlarına nümayiş etdirməli, auditin nəticəsinə uyğun olaraq ona sertifikat verilməlidir". 

Fazil Talıblının sözlərinə görə, "halal qida" ilə bağlı dövlət standartları mövcuddur: " Bu standartların qərarları çox sərtdir. " Halal qida" standartları İslam Əməkdaşlıq Təşkilatının Standartlaşdırma Şurasının qəbul etdiyi standartlardır. Müsəlman ölkələrində tətbiq edilən vahid beynəlxalq " Halal" standartıdır. İslam dininin bütün tələbləri burada əksini tapır".

O qeyd edib ki, tələblər sərt olduğuna görə, sertifikat alanların sayı 10-nu keçmir: 

"Təbii ki, müraciət edənlərin sayı çoxdur. Amma auditin nəticəsinə görə, sertifikat alanlar qeyd etdiyim kimi, 10-dan çox deyil. Çox təəssüf edirəm ki, bəzi qurumlar " Halal" sertifikatı almış kimi özlərini təqdim edir və istehlakçıları aldadırlar. Biz bunun əleyhinəyik. Əgər bu sahədə stabil vəziyyət yaratmaq istəyiriksə, bu cür sahibkarların qarşısını almaq bizim üçün vacibdir".