Oqtay Əsədov Rusiya Dövlət Dumasının sədri ilə görüşüb


Siyasət 07 Fev 2018 14:20:00 243 0

Oqtay Əsədov Rusiya Dövlət Dumasının sədri ilə görüşüb

Moskvada Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin və Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov arasında görüş keçirilib.

Son.az APA-ya istinadən xəbər verir ki, Dövlət Dumasında keçirilən görüşdə iki ölkə arasındakı münasibətlər, parlamentlərarası əlaqələrin inkişafı müzakirə edilib.

Qeyd edək ki, bu gün Rusiya Dövlət Dumasında Rusiya-Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə həsr olunan sərginin rəsmi açılışı olacaq. Rəsmi açılış mərasimində Vyaçeslav Volodin və Oqtay Əsədov da iştirak edəcəklər.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində