Azərbaycan şüşə istehsalını artıracaq


Digərləri 07 Fev 2018 14:05:00 278 0

Azərbaycan şüşə istehsalını artıracaq

Azərbaycanın şüşə istehsalı şirkəti "Inter Glass" tam istehsal gücünə çatmağı planlaşdırır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu şirkətin İdarə heyətinin sədri İlal Əhmədov deyib.

İ.Əhmədov qeyd edib ki, hazırda zavod istehsal gücünün yarısı həcmində işləyir: "2017-ci ildə zavod 36 milyon butulka istehsal edib, 2014-cü ildə isə iki konveyer xəttinin tam gücü ilə istehsalı cəmi 38 milyon butulka təşkil etmişdi".