Silsilə oğurluqlar edən şəxslər tutuldular


Kriminal 07 Fev 2018 13:48:00 241 0

Silsilə oğurluqlar edən şəxslər tutuldular

Ötən gün də polis orqanları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində bir sıra oğurluqlar törədən şəxslər saxlanılaraq istintaqa cəlb ediliblər.

DİN-dən Son.az-a verilən məlumata görə, Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən ilin noyabr ayından cari il yanvarın 4-dək olan müddətdə şəhər sakini olan 6 nəfərin pul, mobil telefon, kosmetik və geyim əşyalarını, habelə "VAZ-21041" markalı avtomobildən maqnitofon oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Ramin Məmmədov saxlanılıb.

Gəncənin Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən ötən ilin dekabr ayından cari il yanvarın 21-dək olan müddətdə rayon ərazisində 5 evdən təmir-tikinti alətləri, inşaat materialları və məişət əşyaları, habelə 3 avtomobildən pul və akkumulyator oğurlamaqda şübhəli bilinən şəhər sakini Rövşən Nərimanov saxlanılıb.