"Arsenal"ın Remsi yeni müqavilə imzalaması çətinə düşüb


İdman 07 Fev 2018 13:43:00 343 0

"Arsenal"ın Remsi yeni müqavilə imzalaması çətinə düşüb

"Arsenal" rəhbərliyi Aaron Remsinin yeni müqaviləyə imza atmayacağından ehtiyatlanır. Oxşar vəziyyət Denni Uelbekə də aiddir. Goal.az xəbər verir ki, kluba bu məsələdə çətinlik törədən əsas səbəb Mesut Özillə yeni anlaşmanın imzalanmasıdır.

Uelbek və Remsinin "topçular"la müqaviləsi 2019-cu ilin yayında başa çatacaq. Remsinin hazırki məvacibi həftədə 110 min funtdur. Yeni müqavilə imzalamaq üçün məvacibi artırmaq lazımdır. "Arsenal"da Özil həftədə 350, Henrik Mxitaryan və Pyer-Emerik Obameyanq isə 200 min funt qazanır. Bu mövsüm 27 yaşlı yarımmüdafiəçi Premyer Liqada 18 oyuna çıxıb və 6 qol vurub.