Bakıda xanım polis həmcinslərini cərimələdi VİDEO FOTO


Digərləri 07 Fev 2018 13:21:00 264 0

Bakıda xanım polis həmcinslərini cərimələdi  VİDEO  FOTO

Bu gün yol patrul xidməti əməkdaşları qayda pozan piyadalara qarşı reyd keçirib. İlk dəfə olaraq reyddə YPX-nın qadın əməkdaşı iştirak edib.

Polis serjantı Turan Daşdəmirova reyd zamanı qaydaları pozan xanım piyadaları saxlayıb. Bəzilərinə xəbərdarlıq olunub, bir sıra piyadalara inzibati qaydada cərimə tətbiq edilib.

Son.az xəbər verir ki, avtosfer.az-ın reyddə iştirak edən əməkdaşı bildirib ki, bəzi xanım piyadalar "nişanı görmədim", "həkimdən gəlirəm", "belim ağrıyır keçidə girə bilmirəm" kimi bəhanələrlə məsuliyyətdən yayınmağa çalışıblar.

Reyddən fotoları və videonu təqdim edirik:


Xəbərə aid fotolar