Elşad Mirinin kitabı qadağan edildi


Digərləri 07 Fev 2018 13:23:53 294 0

Elşad Mirinin kitabı qadağan edildi

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi "İslamda yoxdur!" adlı kitabımın çap olunmasına qadağa qoyub.

Son.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında tanınmış ilahiyyatçı Elşad Miri söyləyib. O bildirib ki, komitə hansı səbəbdən belə bir qərar verdiyini açıqlamayıb:

"İcazə ala bilsəydik, ən qısa zamanda kitab çap olunacaqdı, lakin bu mümkün olmadı. Ola bilsin, Komitə ənənəvi dini anlayışa uyğun gəlmədiyinə görə belə bir qərar verib".