Qanunsuz ov hallarının qarşısı alınıb


Digərləri 07 Fev 2018 13:30:00 232 0

Qanunsuz ov hallarının qarşısı alınıb

Bir neçə ov tüfəngi götürülüb

Bakı. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən respublikanın şəhər və rayonlarında qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə mütəmadi olaraq tədbirlər həyata keçirilir. Fevralın 6-da keçirilən növbəti belə reydlər zamanı Biləsuvar rayonunun Ovçubərə kəndində Bakı şəhər sakinləri Oqtay İsmayılzadədən “Ata-arms”, Emil Mirzəyevdən “MR-27”, Orxan Əliyevdən “Ata-arms” və Vasif Bağırovdan “Zauer-Geco” markalı ov tüfəngləri götürülüb.