Britaniyalılar, sən demə, belə olublar VİDEO FOTO


Digərləri 07 Fev 2018 13:16:00 277 0

Britaniyalılar, sən demə, belə olublar  VİDEO  FOTO

İlk britaniyalılar qaradərili, mavigözlü olublar.

1903-cü ildə aşkarlanmış sümük qalıqları əsasında bərpa olunmuş skelet əsasında hazırlanmış üz maketi belədir.

Son.az Daily Mail-ə istinadən bildirir ki, "Çedder insanı" adlandırılan qədim insanın sümük tozunun DNT-si ekstraqasiya vasitəsilə araşdırılıb.

İngiltərənin Somerset qraflığındakı Çedder bölgəsində, Qoff mağarasında aparılmış arxeoloji qazıntılar zamanı tapılmış süpük qalıqları Britaniyada indiyədək aşkarlanan ən "tam" qədim insan skeleti sayılır.

London Universiteti Kollecinin və Britaniya Təbiət Muzeyinin alimlərinin dediklərinə görə, 10 min il yaşı olan "Çedder insanı"nın genotipi indi Britaniyada hər 10 insandan birindədir.

Professor Tomas Butun dediyinə görə, əldə edilmiş nəticələr qədim britaniyalıların qaradərili və mavi gözlü olduğunu 76 faizlik dəqiqliklə söyləməyə imkan verir.