Milli Oftalmologiya Mərkəzi Sumqayıtda aksiya keçirib


Digərləri 07 Fev 2018 12:55:11 187 0

Milli Oftalmologiya Mərkəzi Sumqayıtda aksiya keçirib

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi Sumqayıt Şəhər İcra Hakimiyyəti birgə humanitar aksiya keçirib.

Bakı. İlhamə İsabalayeva - Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə birgə humanitar aksiya keçirib. Trend-in məlumatına görə, tədbir çərçivəsində Sumqayıtda dövlət müəssisələrində çalışan 200-ə yaxın əməkdaş tibbi müayinədən keçib. Şəhər Səhiyyə Şöbəsinin inzibati binasının qarşısında Milli Oftalmologiya Mərkəzinin səyyar klinikasının həkim briqadasının həyata keçirdiyi humanitar aksiyada şəhərdə fəaliyyət göstərən dövlət müəssisələri, hüquq mühafizə orqanları, ədliyyə və məhkəmə sistemində çalışanlar iştirak edib. Səyyar klinikaya müraciət edənlərin ilkin tibbi müayinəsi müasir diaqnostik avadanlıqlar vasitəsi ilə aparılıb.