Qubada məktəbdə yanğın olub


Digərləri 07 Fev 2018 12:35:00 212 0

Qubada məktəbdə yanğın olub

Qubada yanğın olub.

Son.az APA-ya istinadən xəbər verir ki, Qubanın Birinci Nügədi kənd məktəbində yanğın barədə Fövqəladə Hallar Nazirliyinin Quba Dövlət Yanğından Mühafizə Hissəsinə məlumat daxil olub.

Əraziyə yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub.

Məktəbdən APA-nın yerli bürosuna bildirilib ki, məktəbin zirzəmisində tüstülənmə qeydə alınıb. Məktəb şagirdlərinin köməkliyi ilə yanğının qarşısı alınıb. Təhlükəsizlik qaydalarına görə, FHN-nə məlumat verilib.