Rusiyalı kosmonavtlar rekord vurdular VİDEO FOTO


Digərləri 07 Fev 2018 12:22:00 273 0

Rusiyalı kosmonavtlar rekord vurdular  VİDEO  FOTO

Rusiyalı kosmonavtlar Aleksandr Misurkin və Anton Şkaplerov açıq kosmosda iş sürəyi baxımından ölkə kosmonavtikasının tarixində rekord vurublar.

Son.az TASS-ya istinadən bildirir ki, "Roskosmos"un zabitləri olan iki kosmonat Beynəlxalq Kosmik Stansiyada (BKS) gəmini tərk edərək 8 saat 13 dəqiqə açıq kosmosda olublar.

Onlar 17 ildən bəri çalışan qəbuledicini dəyişiblər. Yeni, genişzolaqlı rabitə sistemi qəbuledicisi "Zvezda" xidməti modulunun aqreqat bölməsinin səthindədir.

Yeni qəbuledici qurğu BKS-in Rusiya seqmentindən informasiyanın Yerə "Luç" retrlyasiya sistemi vasitəsilə sutkaboyu fasiləsiz ötürülməsini təmin edəcək.

Bu, yeni rekorddur. 2013-cü ilin dekabrında rusiyalı kosmonavtlar Oleq Kotov və Sergey Ryazanski açıq kosmosa çıxaraq 8 saat 7 dəqiqə işləmişdilər.

Açıq kosmosda iş zamanı baxımından dünya rekordu isə amerikalı astronavtlar Syuzen Helms və Ceyms Vossa məxsusdur. Onlar açıq kosmosda 8 saat 56 dəqiqə çalışıblar.


Xəbərə aid fotolar