Azərbaycan şüşə istehsalını artırmaq niyyətindədir


İqtisadiyyat 07 Fev 2018 12:15:08 309 0

Azərbaycan şüşə istehsalını artırmaq niyyətindədir

Bu məqsədlə idxal xammaldan asılılığın aradan qaldırılması planlaşdırılır

"Azərşüşə" MMC-nin balansında olan şüşə zavodunda istehsala sərf olunan vaxtın və xərclərin azaldılması məqsədilə istehsalda qabaqcıl texnologiyaların tətbiqi ilə bağlı tədbirlər görüləcək.

“Report” xəbər verir ki, bunu “Regionların sosial iqtisadi inkişafı Dövlət Proqramının (2014-2018-ci illər) icrasının 4-cü ilinin yekunları: qarşıda duran vəzifələr" mövzusunda keçirilən tədbirdə çıxışında "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin baş direktoru Kamran Nəbizadə bildirib.

"Agır sənayenin mühüm sahələrindən olan şüşə istehsalının inkişafı Korporasiyanın vacib fəaliyyətlərindən biridir", - deyə K.Nəbizadə qeyd edib.

Onun sözlərinə görə, şüşə zavodunda istehsal gücünün artırılması nəzərdə tutulur, idxal xammaldan asılılığın aradan qaldırılması planlaşdırılır və bu istiqamətdə işlər görülür.