BP: “Şahdəniz2” qrafikə uyğun olaraq və büdcə çərçivəsində reallaşdırılır


Digərləri 07 Fev 2018 12:19:00 258 0

BP: “Şahdəniz2” qrafikə uyğun olaraq və büdcə çərçivəsində reallaşdırılır

Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi - "Şahdəniz-2" layihəsi 2018-ci ildə işə düşəcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu "British Petroleum" (BP) şirkətinin rəhbəri Bob Dadli Londonda mətbuat konfransında deyib.

O qeyd edib ki, "Cənub Qaz Dəhlizi" meqalayihəsinin bir hissəsi olan "Şahdəniz-2" indiyədək BP tərəfindən reallaşdırılmış ən mürəkkəb layihələrdəndir:

"Layihədə 6 ölkə, 11 səhmdar şirkət iştirak edir. 4 il əvvəl yekun investisiya qərarının qəbul olunduğu gündən 176 milyon adam-saat həcmində iş görülüb".