İri Çin şirkəti "AS Group Investment"in layihəsinə 140 milyon dollar vəsait cəlb edəcək


Digərləri 07 Fev 2018 12:00:00 282 0

İri Çin şirkəti "AS Group Investment"in layihəsinə 140 milyon dollar vəsait cəlb edəcək

6 fevral tarixində Pekin şəhərində Azərbaycanın "AS Group Investment" şirkəti ilə Çinin iri "China CAMC Engineering Co., Ltd." şirkəti arasında "Abşeron Aqro Park" layihəsinin reallaşdırılmasına dair Əməkdaşlıq Müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, CAMCE "Abşeron Aqro Park" layihəsinə 140 milyon ABŞ dolları məbləğində vəsait cəlb edəcək.

Əməkdaşlıq Müqaviləsini "AS Group Investment"in təsisçisi Şahin Mövsümov və CAMCE-nin prezidenti xanım an tərəfindən imzalanıb. Tərəflər 6-7 fevral tarixlərində Çin, Qazaxstan, Azərbaycan, Gürcüstan və Türkiyə nümayəndələrinin iştirakı ilə Pekində keçirilən "Kəmər və Yol" təşəbbüsünün reallaşmasında Transxəzər Beynəlxalq Şərq-Qərb Ticarət və Nəqliyyat dəhlizinin rolu" mövzusunda Beynəlxalq Konfransda bir araya gəliblər.

"AS Group Investment"in təsisçisi Şahin Mövsümov səfər çərçivəsində, həmçinin CAMCE-nin daxil olduğu Çinin nəhəng dövlət şirkətlər qrupundan biri olan "China National Machinery Industry Corporation Ltd"-nin (SINOMACH) vitse-prezidenti cənab Liu Jin Zheng ilə də görüş keçirərək qarşılıqlı əməkdaşlıq barədə müzakirələr aparıb.