Azərbaycan Sənaye Korporasiyası mənzil-tikinti kooperativlərinin fəaliyyətini bərpa edəcək


İqtisadiyyat 07 Fev 2018 11:41:39 282 0

Azərbaycan Sənaye Korporasiyası mənzil-tikinti kooperativlərinin fəaliyyətini bərpa edəcək

Bu MTK-ların bir şirkətin nəzdində cəmləşməsi nəzərdə tutulur

Azərbaycanda əhalinin mənzil tələbatının qarşılanması məqsədi ilə "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin idarəçiliyində olan mənzil-tikinti kooperativlərinin fəaliyyəti bərpa ediləcək.

“Report” xəbər verir ki, bunu “Regionların sosial iqtisadi inkişafı Dövlət Proqramının (2014-2018-ci illər) icrasının 4-cü ilinin yekunları: qarşıda duran vəzifələr" mövzusunda keçirilən tədbirdə çıxışında "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin baş direktoru Kamran Nəbizadə bildirib.

Onun sözlərinə görə, kooperativlərin bir şirkətin nəzdində cəmləşməsi nəzərdə tutulur: "Bu məqsədlə tikilməkdə olan və tikintisi nəzərdə tutulan mənzillərə daşınmaz əmlak sertifikatlarının buraxılışının tətbiqi istiqamıtində aidiyyəti icra hakimiyyəti orqanları ilə işgörülür".