Azərbaycanda qanın bədxassəli xəstəliyi diaqnozu qoyulmuş uşaqların sayı açıqlandı


Digərləri 07 Fev 2018 11:35:20 290 0

Azərbaycanda qanın bədxassəli xəstəliyi diaqnozu qoyulmuş uşaqların sayı açıqlandı

Hazırda qanın bədxassəli xəstəliyi diaqnozu müəyyənləşdirilmiş uşaqların sayı 313 nəfərdir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib.

O qeyd edib ki, hazırda Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda 27 523 nəfər qan xəstəlikləri dispanser qeydiyyatındadır:

"Keçən il ilkin olaraq 687 nəfərdə qanın bədxassəli xəstəlikləri aşkarlanıb. Onların 603 nəfəri böyük, 84-ü isə uşaqdır. Həmin şəxslər dispanser qeydiyyata götürülüb".