Ronaldo: "Özümü xoşbəxt adam adlandıra bilərəm"


İdman 07 Fev 2018 11:26:00 354 0

Ronaldo: "Özümü xoşbəxt adam adlandıra bilərəm"

"Real Madrid" və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldo İtaliyanın "GQ" jurnalına müsahibə verib. Goal.az əbər verir ki, ulduz futbolçu şəxsi həyatı ilə bağlı sualı belə cavablandırıb:

"Ata olmaq həyatımda rast gəldiyim ən gözəl şeydir. Övladlarım məni xoşbəxt edir. Hər bir insanın öz şəxsiyyəti və yolu var. Amma uşaqlara çox şey valideynlərdən keçir. Övladlarıma düzgün dəyərlər ötürməyə, özünü reallaşdırmağa şərait yaradacaq yaxşı təhsil verməyə ümid edirəm.

Ən böyük xoşbəxtlik vaxtımı ailəm, uşaqlarım və dostlarımla birlikdə keçirməkdir. Özümü xoşbəxt adam adlandıra bilərəm. Peşəkar səviyyədə 2 gözəl il keçirdim. Bu müddətdə klub və milli komanda ilə titullar qazandım. Hiss edirəm ki, daha bir neçə il yüksək səviyyədə futbol oynaya bilərəm".

Qeyd edək ki, Ronaldonun 3-ü daşıyıcı anadan olmaqla 4 övladı var. Bunları 2-si qız, 2-si oğlandır.