"Azərbaycan və Çexiya energetika sahəsində yeni saziş imzalayacaqlar"


Siyasət 07 Fev 2018 11:24:00 288 0

"Azərbaycan və Çexiya energetika sahəsində yeni saziş imzalayacaqlar"

Azərbaycan və Çexiya energetika sahəsində yeni sazişin imzalanması üzrə danışıqlar aparır.

Son.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Çexiyanın sənaye və ticarət naziri Tomaş Güner deyib.

Nazir bildirib ki, hazırda ekspertlər səviyyəsində müzakirələr davam edir: "Sənəd təkcə Azərbaycandan Çexiyaya neft tədarükünün vacibliyini qeyd etmir, həm də bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlığın inkişafına kömək edəcək və hər iki tərəfdən sahibkarların enerji layihələrinə cəlb edilməsinə şərait yaradacaq".

Sənədin imzalanmasından danışan T.Güner qeyd edib ki, Azərbaycanın energetika naziri Pərviz Şahbazovun bu il Çexiyaya mümkün səfəri üzərində iş gedir.

O əlavə edib ki, hazırda Azərbaycan Çexiyanın enerji təhlükəsizliyinin artırılmasında mühüm rol oynayır:

"Belə ki, ölkəmizin istehlakının 1/3-i Azərbaycan neftinin payına düşür. Bizim enerji mənbələrimizin diversifikasiyasına mühüm töhfə verən Azərbaycan Çexiyanın vacib strateji tərəfdaşına çevrilib. Bu səbəbdən Azərbaycanla energetika sahəsində əməkdaşlığı genişləndirməkdə maraqlıyıq".

Nazir əməkdaşlığın digər sahəsi kimi "Cənub Qaz Dəhlizi" layihəsini qeyd edib:

"Azərbaycan qazının Çexiyaya potensial tədarükü enerji mənbələrinin şaxələndirilməsi üçün yeni imkanlar təqdim edir. Bu məsələ iki ölkənin nümayəndələrinin siyasi iradəsindən asılı olacaq".

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində