Gözləmə, Bir Bank tətbiqini yüklə!


Digərləri 07 Fev 2018 10:46:00 745 2

Gözləmə, Bir Bank tətbiqini yüklə!

Kapital Bank onlayn əməliyyatlara və yeni texnologiyalara üstünlük verən müştərilərə yeni Bir Bank tətbiqini təqdim edir. İstifadəçilər 1 dəqiqə vaxt sərf edərək, Kapital Bank-ın istənilən ödəniş kartı ilə onlayn qeydiyyatdan keçməklə xidmətdən yararlana bilərlər.

Əgər müştərinin istifadə etdiyi smartfon və ya planşet barmaq izi funksiyasını dəstəkləyirsə, tətbiqə barmaq izi ilə daxil olmaq mümkündür. Bir Bank vasitəsilə Kapital Bank müştəriləri hesabları, ödəniş kartları, kredit və depozitlərini banka gəlmədən idarə edə bilərlər.

Yeni tətbiq vasitəsilə istifadəçilər, həmçinin bir sıra innovativ əməliyyatları həyata keçirə biləcəklər: tətbiqə istənilən bankın ödəniş kartını əlavə etmək və bu kart vasitəsilə bir sıra əməliyyatlar həyata keçirmək, telefon kitabçasında olan, tətbiqi yükləyən digər istifadəçiyə pul göndərmək və ya ondan pul qəbul etmək və s.