Rövşən Hüseynli: "Bu, təhqir edənin nakişiliyidir"


İdman 07 Fev 2018 10:26:00 306 0

Rövşən Hüseynli: "Bu, təhqir edənin nakişiliyidir"

Futzal üzrə milli komandamız Avropa çempionatının 1/4 finalında Portuqaliyaya 1:8 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.

Goal.az xəbər verir ki, qarşılaşma barədə yığmamızın qapıçısı Rövşən Hüseynli facebook hesabında paylaşım edib:

"Öncə bu günə qədər bizi dəstəkləyən, uduzsaq bələ, yanımızda olan hər kəsə təşəkkür! Oyun haqqında heç nə deməyəcəm. Hər şey göz qabağında oldu və unutmayaq ki, bu, futzaldır. Olmamalı idi, amma hesabda geridə olduğun vaxt risk etməlisən. Etdik və alınmadı. Hər şey bir qırağa, kişiyik, tənqid etmək olar, normaldır. Hər bir insanın öz düşüncəsi var. Amma təhqir etmək... O artıq təhqir edənin nakişiliyidir".