BMT-nin Uşaq Fondunun nümayəndələri ilə görüş olub (FOTO)


Digərləri 07 Fev 2018 10:26:29 251 0

BMT-nin Uşaq Fondunun nümayəndələri ilə görüş olub (FOTO)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BMT-nin Uşaq Fondunun nümayəndələri ilə görüş olub.

Bakı. Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan BMT Uşaq Fondunun (UNICEF) erkən uşaqlıq dövrünün inkişafı üzrə müşaviri xanım Deepa Qrover və inkluziv təhsil üzrə mütəxəssisi xanım Nora Şabani ilə görüş olub. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, görüşdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov nazirliyin fəaliyyət istiqamətləri və ayrı-ayrı ölkələrin müvafiq qurumları, habelə mötəbər beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri barədə məlumat verib. Ötən dövrdə nazirliklə UNICEF arasında uğurlu əməkdaşlıq təcrübəsinin formalaşdığını qeyd edən N.Məmmədov 2014-2015-ci illəri əhatə edən Fəaliyyət Planı çərçivəsində görülən birgə işlərin uşaqlarla bağlı sosial xidmətlər sisteminin təkmilləşdirilməsində əhəmiyyətini vurğulayıb. O bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və UNıCEF arasında 2016-2020-ci illərə dair Əməkdaşlıq Proqramı çərçivəsində imzalanan “2016-2017-ci illər üçün Uşaq Müdafiəsi və Sosial Müdafiəyə dair Dövri Fəaliyyət Planı” da uşaqlarla bağlı sosial xidmətlər sisteminin qabaqcıl dünya təcrübəsinə uyğunlaşdılması üçün vacib istiqamətləri özündə əhatə edib. UNİCEF-in təklif və tövsiyələri əsasında nazirlik tərəfindən sosial xidmətlərin inkişafına dair Konsepsiya hazırlanıb. Nazir müavini icra olunan sosial xidmət layihələrinin və bu layihələr çərçivəsində reabilitasiya yönümlü sosial xidmətlərlə təmin edilən şəxslərin, o cümlədən uşaqların sayının ildən-ilə artdığını qeyd edib. Sağlamlıq imkanları məhdud uşaqların və gənclərin inklüziv təhsil imkanlarına malik olmaları üçün ölkəmizdə həyata keçirilən fəal dövlət siyasəti, həmçinin bu istiqamətdə Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr barədə məlumat verilib. Bu təbəqədən olan şəxslərin təhsildən ayrılmadan reabilitasiya tədbirlərinə cəlb edilmələri, inklüziv təhsilin əhatə dairəsinin genişləndirilməsi sahəsində aparılan işlər də diqqətə çatdırılıb.