Milli Məclisin növbəti plenar iclasının gündəliyi məlum olub


Digərləri 07 Fev 2018 09:58:51 153 0

Milli Məclisin növbəti plenar iclasının gündəliyi məlum olub

İclasın gündəliyinə 18 məsələ daxildir

Azərbaycan Milli Məclisinin (MM) fevralın 13-də keçiriləcək plenar iclasının gündəliyi açıqlanıb.

“Report”un xəbərinə görə, iclasın gündəliyinə 18 məsələ daxildir.

Bunlar "Konstitusiya Məhkəməsi haqqında", "Ələt azad iqtisadi zonası haqqında", "Energetika haqqında", "Elektroenergetika haqqında", "Qaz təchizatı haqqında", "Daşınmaz əmlakın dövlət reyesteri haqqında" və s. qanunlara, o cümlədən İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihələri daxildir. Bundan başqa, yeni hazırlanan "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanun layihəsi də müzakirəyə çıxarılacaq. İclasda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsinə də baxılacaq.