Bakıda köməksiz qalan azyaşlı xilas edilib


Digərləri 07 Fev 2018 08:52:00 229 0

Bakıda köməksiz qalan azyaşlı xilas edilib

Bakının Qaradağ rayonunda köməksiz qalan bir nəfər azyaşlı xilas edilib.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonunda bir nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində evdə köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin qapısının açılmasını təmin edib.