Bakıda piyada zolağında gənc oğlanı avtomobil vurub


Sosial 07 Fev 2018 06:38:43 285 0

Bakıda piyada zolağında gənc oğlanı avtomobil vurub

Hadisə Zivərbəy Əhmədbəyov küçəsində baş verib

Bakının Yasamal rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, Zivərbəy Əhmədbəyov küçəsində piyada zolağından keçən 2000-ci il təvəllüdlü Həsənov Eltun Əkbər oğlunu minik avtomobili vurub.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.