Bakıda köməksiz qalan azyaşlı xilas edilib


Digərləri 07 Fev 2018 05:56:02 234 0

Bakıda köməksiz qalan azyaşlı xilas edilib

Paytaxtın Qaradağ rayonunda köməksiz qalan 1 nəfər azyaşlı xilas edilib

Bakı. Paytaxtın Qaradağ rayonunda köməksiz qalan 1 nəfər azyaşlı xilas edilib. Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonunda 1 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində evdə köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin qapısının açılmasını təmin edib.